İDMAN
Bencpress, pauerliftinq və didliftinq üzrə Bakı çempionatının qalibləri müəyyənləşib
Bakı, 19 fevral, AZƏRTAC
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən (BŞGİBİ) 5 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Məktəbinin idman zalında bencpress, pauerliftinq və didliftinq üzrə paytaxt çempionatı keçirilib.
BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, yarışda 4 klubdan idmançılar 12 çəki dərəcəsi üzrə mübarizə aparıblar.
Bencpress üzrə yarışlarda Azər Əlizadə (52 kq), Vaqif Gülməmmədov (56 kq), Elmir Tarverdiyev (60 kq), Elvin Eynalov (67,5 kq), Vüqar Əhmədov (75 kq), Taleh Quliyev (82,5 kq), Gündüz Məmmədov (90 kq), İlham Bədəlov (100 kq), Anar Abbasov (110 kq), Elnur Əliyev (125 kq), Qəzənfər Cəbrayılov (140 kq) və Rüfət Nəzərov (140 kq-dan yuxarı) qızıl medal qazanıblar.
Pauerliftinq yarışlarında Sakit Əliyev (52 kq), Kamran Bədəlov (56 kq), Elmir Tarverdiyev (60 kq), Əmir Əhmədov (67,5 kq), Əli Hadıyev (75 kq), Anar Xasıyev (82,5 kq), Gündüz Məmmədov (90 kq), Elmib Niftəliyev (100 kq), Anar Abbasov (110 kq), Razim Hüseynov (125 kq), Qəzənfər Cəbrayılov (140 kq) və Rüfət Nəzərov (140 kq-dan yuxarı) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Didliftinq yarışlarında Sakit Əliyev (52 kq), Kamran Bədəlov (56 kq), Elmir Tarverdiyev (60 kq), Səddam Əliyev (67,5 kq), Azər Qayıbxanov (75 kq), Anar Xasıyev (82,5 kq), Emin Hacıməmmədov (90 kq), Eldar Məmmədov (100 kq), Anar Abbasov (110 kq), Tural Babyev (125 kq), Nadir Cəbrayılov (140 kq) və Zaur Həsənov (140 kq-dan yuxarı) birinci olublar.
İlk üç yeri tutan idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.