ELM VƏ TƏHSİL
Bərbər ixtisası üzrə bacarıq və səriştələrin qiymətləndirilməsi başa çatıb
Bakı, 16 fevral, AZƏRTAC
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təşəbbüsü və “Beauttech” MMC-nin təşkilati dəstəyi ilə bərbər ixtisası üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi həyata keçirilib.
TKTA-dan AZƏRTAC-a bildirilib ki, agentlik tərəfindən yaradılan Qiymətləndirmə Komissiyasına “D.İ.” Studionun rəhbəri Dmitri İskakov, “SHER Academy”nin rəhbəri Rövşən İsmayılov, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin istehsalat təlimi müəllimi Mərziyə İsmayılova cəlb olunub.
Qeyd edək ki, bərbər ixtisasının saçın rənglənməsi və saç düzümləri modulları üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsinin ilkin mərhələsi - test imtahanları agentlik tərəfindən onlayn qaydada keçirilib.