REGİONLAR


Bərdə Regional Mədəniyyət İdarəsi tərəfindən şəhid ailələri ziyarət olunub

Bərdə, 21 iyul, AZƏRTAC

Bərdə Regional Mədəniyyət İdarəsi tərəfindən Vətən müharibəsində şəhid və qazi olmuş vətəndaşlarımızın ailələri daim diqqət mərkəzində saxlanılır, onlarla mütəmadi görüşlər keçirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, növbəti belə görüşlər Vətən müharibəsi şəhidləri Yaqub Yaqubov, Aqil Quliyev və Şövqi İsmayılzadənin ailələrində keçirilib. Görüş zamanı şəhidlərimizin keçdiyi döyüş yolundan bəhs edilib. Regional idarənin rəhbərliyi şəhid valideynlərinə vətənpərvər övlad böyütdükləri üçün təşəkkür edib və dövlətimizin, Azərbaycan xalqının hər zaman onların yanında olduğunu bildirib. Diqqətə çatdırılıb ki, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızın ailələrinə və sağlamlıqlarını itirmiş vətəndaşlara dövlətimiz tərəfindən yüksək diqqət və qayğı göstərilir, bu kateqoriyadan olan insanlara həssaslıqla yanaşılır.

Bildirilib ki, Bərdə Regional Mədəniyyət idarəsinin tabeliyində olan Bərdə, Tərtər, Mingəçevir, Yevlax rayon və şəhərləri üzrə mədəniyyət işçiləri tərəfindən şəhid ailələri, qazilər və hazırda xidmətdə olan hərbçilərin ailələri, yaxınları mütəmadi olaraq ziyarət edilir, onlara hər zaman diqqət və qayğı ilə yanaşılır.

Qeyd edək ki, regional idarə və onun tabeliyində olan mədəniyyət müəssisələri 44 günlük Vətən müharibəsi zamanı arxa cəbhədə Azərbaycan Ordusuna öz dəstəyini göstərib. Vətən müharibəsində müzəffər ordumuzun göstərdiyi qəhrəmanlıq və şücaət bütün vətəndaşlarımızda olduğu kimi mədəniyyət işçilərində də böyük ruh yüksəkliyi yaradıb, hərbi vətənpərvərlik layihələrinin və tədbirlərin mövzusu daha da zənginləşdirilib. Vətən müharibəsində qəhrəmancasına iştirak etmiş oğulların həyatı və döyüş yolu haqqında onlayn tədbirlər keçirir və videoçarxlar hazırlanaraq regional idarənin rəsmi saytında və sosial şəbəkələrində işıqlandırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.