REGİONLAR
Bərdə şəhər 5 nömrəli məktəbdə əsaslı təmir işləri başa çatıb
Bərdə, 27 avqust, AZƏRTAC
Bərdə şəhər 5 nömrəli tam orta məktəbdə aparılan əsaslı təmir işləri başa çatdırılıb.
AZƏRTAC xəbər verir ki, üç mərtəbədən ibarət məktəb binasının dam örtüyü tamamilə təzələnib, qapı-pəncərələr, döşəmə və tavan dəyişdirilib, sanitar-texniki qovşaq yenilənib, müasir tipli istilik sistemi qurulub. Məktəb binasında fənn kabinələri, laboratoriya, kompyuter və sinif otaqları, akt və idman zalları, bufet, kitabxana, xidməti otaqlar yaradılıb. Həyətdə geniş abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb. Yaxın günlərdə məktəb lazımi mebel və avadanlıqlarla təchiz ediləcək.
Məktəb binası “Bilik günü”ndə müəllim və şagirdlərin istifadəsinə veriləcək.