REGİONLAR
Bərdədə ad günü məclisi keçirən şəxslər müəyyən edilib
Bərdə, 13 aprel, AZƏRTAC
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş növbəti tədbirlər zamanı rayon sakini Tahir Məmmədovun yaşadığı evdə qonaqların iştirakı ilə ad günü məclisi təşkil etdiyi müəyyən olunub. Həmin ünvana baxış keçirilən zaman sanitar-epidemioloji və karantin qaydalarının pozulduğu aşkar edilib. Polis əməkdaşları tərəfindən qayda pozuntusuna yol vermiş 2 nəfər barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.