REGİONLAR


Bərdədə karantin qaydalarını pozan restoranlar aşkarlanıb

Bərdə, 16 iyul, AZƏRTAC

Bərdə Rayon Polis Şöbəsi, Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Vergi Xidməti əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində yerləşən 3 şadlıq sarayında pandemiya tələblərinin pozulduğu müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, yoxlamalar zamanı “Rauf Qoç” və “Ağsaray” şadlıq saraylarında keçirilən toy mərasimlərinin “icazə.e-gov.az” portalında qeydiyyatdan keçmədiyi, “Mətin” şadlıq sarayında toy məclisi zamanı qonaqların müəyyən edilmiş saydan çox olduğu aşkarlanıb.

Baş vermiş qayda pozuntuları ilə əlaqədar restorana cavabdeh şəxslər barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.