İDMAN
Beril Böcekler: XV Avropa Gənclər Olimpiya Festivalı yüksək səviyyədə təşkil olunub
Bakı, 24 iyul, AZƏRTAC
XV Avropa Gənclər Yay Olimpiya Festivalında ilk dəfədir iştirak edirəm. Buna baxmayaraq, qadınlar arasında 400 metr məsafəyə sərbəst üsulla üzmə yarışında çempion oldum. Qələbə qazanacağıma inanırdım. Məhz bu inamım sayəsində rəqiblərimi geridə qoyaraq qızıl medal qazandım.
Bunu türkiyəli üzgüçü Beril Böcekler AZƏRTAC-a müsahibəsində deyib.
Festivalın təşkilatçılığından məmnunluğunu bildirən türkiyəli atlet bildirib: “XV Avropa Gənclər Yay Olimpiya Festivalı yüksək səviyyədə təşkil olunub. Festivalda biz atletlərin istirahəti, əylənməsi üçün hər cür şərait yaradılıb. Azərbaycanlı qardaşlarımız həm öz idmançılarını, həm də bizi fəal şəkildə dəstəkləyirlər. Buna görə dərin təşəkkürümü bildirirəm”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [16:54]
İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib
- 26.04.2024 [16:29]
Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub
- 26.04.2024 [15:34]
Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib
- 26.04.2024 [15:13]
"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq
- 26.04.2024 [14:42]
Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb
- 26.04.2024 [14:26]
Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur
- 26.04.2024 [14:02]
Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm
Almaniyada əsgər çatışmır
- [16:32]
BDU-da “Türk otağı” açılıb
- [16:13]
Xocalı al lalələrlə bəzənib FOTO
- [15:39]