Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Bərpaolunan enerji sahəsinin inkişafı birinci yarımildə prioritet olub

Bərpaolunan enerji sahəsinin inkişafı birinci yarımildə prioritet olub

Bakı, 13 iyul, AZƏRTAC

Cari ilin birinci yarısında “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” Sərəncama əsasən hazırlanmış “Elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrindən istifadə haqqında” Qanun layihəsi müvafiq qurumlarla razılaşdırıldıqdan sonra Nazirlər Kabinetinə təqdim edilib. Eyni zamanda, digər normativ hüquqi aktların layihələri hazırlanıb.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Asiya İnkişaf Bankının dəstəyi ilə “Üzən günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi” pilot layihəsi ilə bağlı işlər isə davam etdirilib. Layihə çərçivəsində Böyükşor gölünün səthində 800 kvadratmetr sahədə günəş panellərinin quraşdırılması nəzərdə tutulur. Yerli potensial podratçıların müəyyənləşdirilməsi və qiymətləndirilməsi, qurğuların istifadəsinə dair potensialın artırılması ilə əlaqədar müzakirələr aparılıb. Böyükşor gölündə 100 kilovat gücündə pilot üzən günəş stansiyasının tikilib istifadəyə verilməsi ilə yanaşı, ölkə üzrə üzən günəş fotovoltaik sistemlərinin ümumi potensialının hesablanması və Böyükşor gölündə daha böyük gücə malik üzən günəş fotovoltaik stansiyasının texniki-iqtisadi əsaslandırılmasının işlənib hazırlanması nəzərdə tutulub.

Böyükşor gölünün yaxınlığında yerləşən mövcud və tikintisi planlaşdırılan 220/110/35 kilovoltluq yarımstansiyalar vasitəsilə elektrik enerjisi şəbəkəsinə qoşulmanın mümkünlüyü barədə rəyin bildirilməsi və qoşulma üçün texniki şərt verilməsi üçün “Azərenerji” ASC-yə müraciət edilib.

Energetika Nazirliyi və Avropa Yenidənqurma və İnkişaf Bankı arasındakı əməkdaşlıq çərçivəsində “Azərbaycanda bərpaolunan enerji hərraclarının keçirilməsinə dəstək” layihəsinin icrası da davam etdirilib. Məsləhətçi şirkət tərəfindən hazırlanan PPA (elektrik enerjisinin satınalınması müqaviləsi), CA (qoşulma müqaviləsi) və hərrac qaydaları, eyni zamanda, hərracla bağlı digər sənədlər üzrə müzakirələr aparılıb.

Azərbaycanda kiçik su elektrik stansiyalarının fəaliyyətinin yaxşılaşdırılması və çayların hidroenerji potensialından səmərəli istifadə edilməsi ilə bağlı aparılan araşdırmaların nəticələrinə dair “SNC-Lavalin’s Atkins” şirkətinin yekun hesabatı Energetika Nazirliyinə təqdim edilib.

Bərpaolunan enerji mənbələrindən istifadə sahəsində əməkdaşlığın gücləndirilməsi və gələcəkdə bu sahəyə investisiya qoyuluşunun təşviqi məqsədilə bir çox beynəlxalq şirkətlərlə əməkdaşlıq münasibətlərinin qurulması çərçivəsində anlaşma memorandumu imzalanmış şirkətlərin sayı 11-ə çatıb. Əməkdaşlıq sənədləri imzalanmış şirkətlər bunlardır: Türkiyənin “Tekfen İnşaat”, Rusiyanın “Avelar Solar”, Birləşmiş Ərəb Əmirliklərinin “Masdar”, Norveçin “Equinor A.S”, Fransanın “Total Eren”, Böyük Britaniyanın BP, Səudiyyə Ərəbistanının “ACWA Power”, Yaponiyanın “Mitsui&CO”, Fransanın “Lucia Holding”, İtaliyanın "Ansaldo Energia" və Birləşmiş Ərəb Əmirliklərinin “Al-Maktub” şirkətləri.

Hesabat dövründə Azərbaycan Respublikası Prezidentinin “Bərpaolunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” Sərəncamından irəli gələn tapşırıqların icrası ilə bağlı yaradılmış komissiyanın fəaliyyət istiqamətləri üzrə aidiyyəti qurumların rəhbərliyi ilə təsis edilmiş 7 işçi qrup öz işini davam etdirib.

Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri arasında imzalanmış İcra müqavilələrinə uyğun olaraq, 240 meqavat gücündə külək və 200 meqavat gücündə günəş elektrik stansiyalarının tikintisinin reallaşdırılması nəzərdə tutulan sahələrə aidiyyəti dövlət orqanları nümayəndələrinin iştirakı ilə səfərlər edilib və torpaqla bağlı məsələlər həll olunub.

Şəbəkənin gücləndirilməsi və şəbəkəyə inteqrasiya üzrə İşçi qrup tərəfindən pilot layihələrin enerjisistemə inteqrasiyası ilə bağlı ilkin sxemlər müzakirə edilib, enerjisistemin idarə olunması, elektrik enerjisinin ötürülməsi, rele-mühafizə və avtomatika üzrə tədbirləri əhatə edən beynəlxalq standartlara müvafiq tələblər və şəbəkənin gücləndirilməsinə dair görüləcək işlər müəyyənləşdirilib.

Beynəlxalq məsləhətçi şirkət cəlb olunmaqla investorlarla imzalanması nəzərdə tutulan “Enerji alqı-satqı müqaviləsi”, “İnvestisiya müqaviləsi”, “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” və “Torpaq icarə müqaviləsi” sənədlərinin layihələri hazırlanıb və investorlara təqdim edilib.

Qeyd edək ki, Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi və qarşıya qoyulmuş hədəflərə nail olunması istiqamətində beynəlxalq təcrübəyə əsaslanan və qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının dövrlər üzrə mərhələli şəkildə artırılmasının optimal variantların müəyyənləşdirilməsi ilə əlaqədar Almaniyanın “VPC” şirkəti ilə müvafiq təkliflərin hazırlanmasına başlanılıb. Hazırlanacaq təkliflər 2030-cu ilə qədər elektrik enerjisi istehsalı gücündə bərpa olunan enerji mənbələrinin payının 30 faizə çatdırılması ilə bağlı elektrik enerjisi şəbəkəsində müvafiq təhlillər aparılaraq dövrlər üzrə qoşulma imkanlarının öyrənilməsini, inteqrasiya və gücləndirmə ilə bağlı tədbirlərin müəyyənləşdirilməsini, habelə pilot layihələrin şəbəkəyə qoşulması ilə bağlı texniki məsləhət xidmətlərinin verilməsini ehtiva edir. Müvafiq təkliflərin yaxın zamanlarda şirkət tərəfindən Energetika Nazirliyinə təqdim edilməsi və yekunlaşdırıldıqdan sonra razılaşdırılaraq Nazirlər Kabinetinə təqdim edilməsi planlaşdırılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub