İQTİSADİYYAT
Beş ayda elektrik enerjisi, qaz və buxar istehsalı sektorunda artım olub
Bakı, 15 iyun, AZƏRTAC
Yanvar-may aylarında elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 1 milyard 28,5 milyon manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib.
AZƏRTAC Dövlət Statistika Komitəsinin məlumatlarına istinadla xəbər verir ki, 2020-ci ilin müvafiq ayları ilə müqayisədə istehsalın həcmində 0,1 faiz artım müşahidə olunub.
Cari ilin beş ayında su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuş məhsulların dəyəri 7,6 faiz artaraq 156,1 milyon manat təşkil edib.
Hesabat dövründə sənaye məhsulunun 5,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
May ayında elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatının, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələri üzrə sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki ayla müqayisədə 100 təşkil edib.