MƏDƏNİYYƏT
Bəşər tarixinin silinməz səhifəsi...
Bakı, 22 fevral, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Suraxanı rayon Heydər Əliyev Mərkəzi, Suraxanı Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş “Bəşər tarixinin silinməz səhifəsi” adlı tədbir keçirilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra iştirakçılar Xocalı soyqırımına həsr olmuş “Xocalısız 27 il” adlı rəsm sərgisi ilə tanış olublar.
Sonra Suraxanı Heydər Əliyev Mərkəzinin böyük elmi işçisi Zəkiyyə Hacıyeva, Suraxanı Rayon Gənclər və İdman İdarəsinin rəisi Amil Bağırov, Legion” hərbi vətənpərvərlər klubunun təsisçisi Abuzər Əbilov Xocalıda baş verən qırğınların Azərbaycan xalqının qan yaddaşına həkk olunduğunu və bu hadisənin heç vaxt unudulmayacağını bildiriblər.
Sonda gənclərin iştirakı ilə hazırlanmış filmə baxış keçirilib.