İDMAN


“Beşiktaş” qələbə qazanaraq liderliyə yüksəlib

Bakı, 7 mart, AZƏRTAC

Martın 6-da futbol üzrə Türkiyə çempionatının XXIX turunun birinci qarşılaşmasında “Beşiktaş” doğma meydanda “Qaziantep”i qəbul edib.

AZƏRTAC xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə İstanbul təmsilçiləri rəqiblərini 2:1 hesabı ilə məğlub ediblər. “Beşiktaş”ın qollarının hər ikisini Vinsent Aboubakar vurub. Qonaq komandanın heyətində isə Nouha Dicka fərqlənib.

Günün digər matçında “Dənizlispor” öz meydanında “Yeni Malatyaspor”u 3:2 hesabı ilə udub.

Turun digər matçları isə martın 7 və 8-də keçiriləcək.

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 60 xalla “Beşiktaş” başçılıq edir. İkinci pillədə 57 xala malik olan “Qalatasaray”, üçüncü pillədə isə 55 xal toplayan “Fənərbağça” qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.