İQTİSADİYYAT


Bəstəkar Cahangir Cahangirovun 100 illiyi ilə bağlı poçt markası dövriyyəyə buraxılıb

Bakı, 26 oktyabr, AZƏRTAC

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC tərəfindən Azərbaycanın görkəmli bəstəkarı Cahangir Cahangirovun 100 illiyinə həsr olunmuş poçt markası dövriyyəyə buraxılıb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, buraxılış 8 markadan ibarət kiçik vərəq şəklində hazırlanıb. Poçt markası 5 min tirajla Belarus Respublikasının Bobruysk şəhərində çap olunub. Markanın müəllifi rəssam Vüqar Əyyubovdur.

Qeyd edək ki, poçt markası ilə yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanaraq çap olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.