ELM VƏ TƏHSİL


Beynəlxalq Elm Olimpiadasına şagird seçiminin ilkin mərhələsinin nəticələri açıqlanıb

Bakı, 5 oktyabr, AZƏRTAC

Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasına (İJSO-2018) şagird seçiminin ilkin mərhələsinin nəticələri açıqlanıb. Belə ki, sentyabrın 30-da keçirilən birinci seçmə imtahanının nəticələrinə əsasən 35 şagird növbəti mərhələdə iştirak etmək hüququ qazanıb.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, növbəti mərhələdə Bakı və Sumqayıt məktəbliləri ilə yanaşı, Bərdə, Lənkəran və Astara rayonlarından olan şagirdlər də iştirak etmək hüququ qazanıb.

Oktyabrın 6-dan etibarən növbəti mərhələdə iştirak edəcək şagirdlərlə müntəzəm olaraq nəzəri dərslər, praktiki hazırlıqlar və xüsusi məşğələlər təşkil ediləcək. Oktyabrın 28-də keçiriləcək ikinci seçmə imtahanın nəticələrinə əsasən ölkəni təmsil edəcək ən yaxşı 6 şagird müəyyənləşdiriləcək.

Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadası (İJSO) təbiət elmləri (fizika, kimya, biologiya) üzrə yaşı 16-dək olan şagirdlər arasında həm fərdi, həm də komanda formatında keçirilən elm yarışıdır. Hər il 50-dən çox ölkənin şagirdlərinin iştirak etdiyi bu olimpiadada Azərbaycan məktəbliləri də iştirak edirlər. Bu günədək məktəblilərimiz elm olimpiadasında 37 medal qazanıblar.

Birinci seçmə mərhələsinin ümumi nəticələri barədə məlumatı www.olimpiada.edu.az  saytından əldə etmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.