CƏMİYYƏT
Beynəlxalq elmi-praktik forumun iştirakçıları ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
Bakı, 5 oktyabr, AZƏRTAC
Bakıda “Mədəniyyətlər dialoqunda təhsil: rus məktəbi dünyası” mövzusunda keçirilən beynəlxalq elmi-praktik forumun iştirakçıları oktyabrın 5-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin məzarını ziyarət ediblər.
AZƏRTAC xəbər verir ki, forumun iştirakçıları Ulu Öndərin məzarı önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla anıblar.
Qeyd edək ki, təşkilatçılarından biri Azərbaycanın Rus İcması olan beynəlxalq forum oktyabrın 5-də Bakıda öz işinə başlayıb. Oktyabrın 7-dək davam edəcək tədbirdə Azərbaycanla yanaşı, Rusiya, Polşa, Almaniya, Çexiya, Misir, Bolqarıstan və digər ölkələrin təhsil müəssisələrinin rəhbərləri və professor - müəllim heyətləri iştirak edirlər.