CƏMİYYƏT
“Bilikdən-bacarığa” mərhələsinə start verilir
Bakı, 23 may, AZƏRTAC
“Gənclər davamlı inkişaf üçün” layihəsinin “Bilikdən-bacarığa” mərhələsinə start verilir.
AZƏRTAC Azərbaycan Respublikasının Gənclər Fondunun saytına istinadla xəbər verir ki, bu mərhələdə region gənclərinin aktiv vətəndaşlığının təmin olunması, onlarda effektiv ünsiyyət formasının, yumşaq bacarıqların möhkəmlənməsi, auditoriya və cəmiyyətdə özünüifadə qaydalarının aşılanması və gənclər şəbəkəsinin müsbət istiqamətdə inkişafına, sağlam gəncliyin yetişdirilməsinə xidmət edir.
Gənclərin bu sahədə inkişafına dəstək olmaq məqsədilə Azərbaycan Gənclər Fondunun dəstəyi, “İrəli” İctimai Birliyinin təşkilatçılığı, Gənclərin İnkişaf və Karyera Mərkəzi və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının tərəfdaşlığı ilə düşərgə formatında həyata keçiriləcək layihə çərçivəsində müxtəlif fəaliyyətlər, simulyasiya, oyun əsaslı təlimlər və seminarlarda əsaslı potensial biliklərini artıracaqlar.
İştirakçılar sonrakı müddətdə isə regionlarda mütəmadi görüşlər keçirib öyrəndiklərini öyrədəcəklər. Habelə gənclərin aktiv iştirakçılığının artırılması, regionlarda olan problemlərin öyrənilib data-analiz bazanın yaradılması üçün bölgələrdə sorğu təşkil edəcəklər.
Layihədə 22-29 yaş aralığında otuz gənc iştirak etmək haqqı qazanacaq.
Qeyd edək ki, layihə üç müxtəlif mərhələdən ibarət olacaq. Seçilən gənclər hər üç mərhələdə də məsuliyyətli bir şəkildə iştirak etməlidir.
Bu linkdən https://bit.ly/layihe30 qeydiyyatdan keçmək mümkündür.
Layihə iyunun 10-18-dək Tovuz şəhərində həyata keçiriləcək.
Son qeydiyyat tarixi mayın 30-dur.