CƏMİYYƏT
Binəqədi rayonunda “Sən elə bir zirvəsən” adlı musiqili-bədii tədbir keçirilib
Bakı, 7 may, AZƏRTAC
Binəqədi Rayon Gənclər və İdman İdarəsinin və Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı musiqili-bədii tədbir keçirilib.
İdarədən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsinin direktoru Günel Həsənova iştirak ediblər.
Tədbir ümummilli lider Heydər Əliyevin ifa etdiyi “Alagöz” musiqisi ilə başlayıb. Sonra Binəqədi Gənclər Evinin milli triosu tərəfindən “Alagöz”, “Qal sənə qurban”, “Dağlarda duman gözəldir”, “Qarabağ” mahnıları ilə davam edib.
Gənclər və idarənin əməkdaşı Tural Əsgərov tərəfindən “Ulu bir sərkərdə” və “Azərbaycan” şeirləri ifa edilib.
Sonda ümummilli lider Heydər Əliyevin ifa etdiyi “El bilir ki, sən mənimsən” şeiri səslənib.