CƏMİYYƏT
Binəqədi rayonunda avtomobildən oğurluq edən şəxs tutulub VİDEO
Bakı, 17 mart, AZƏRTAC
Binəqədi rayonunda gecə saatlarında “Chevrolet” markalı avtomobilin şüşəsini qıraraq nəqliyyat vasitəsinin salonundan oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, rayon polis idarəsinin 5-ci polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin hadisəni törədən əvvəllər məhkum edilmiş paytaxt sakini Fərid Qasımov tutulub. Araşdırma zamanı onun həmin avtomobilin şüşəsini sındıraraq oradan pul oğurladığı müəyyənləşdirilib. Fərid Qasımov barəsində 5-ci polis bölməsində toplanan materiallar rayon məhkəməsinə göndərilib. Həmin şəxs üç ay müddətinə inzibati qaydada həbs olunub. Onun digər cinayət əlaqələrinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.