CƏMİYYƏT
Binəqədidə payız-qış mövsümünə hazırlıqla bağlı iclas keçirilib
Bakı, 5 dekabr, AZƏRTAC
Dekabrın 5-də Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlığın vəziyyəti ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyəti başçısının yanında Şuranın iclası keçirilib.
RİH-dən AZƏRTAC-a bildiriblər ki, iclasda Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Coşqun Cəbrayılov, digər idarə və təşkilatların rəhbərləri iştirak ediblər.
E.Allahverdiyev mövsümə hazırlıqla əlaqədar xüsusi rayon icra hakimiyyətində qərargah yaradıldığını və təsdiq edilmiş tədbirlər planına uyğun olaraq işlərin həyata keçirildiyini bildirib.
Binəqədi RİH başçısının birinci müavini İlqar Süleymanov 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar rayonun təsərrüfatında görülən işlərin vəziyyəti haqqında məruzə ilə çıxış edib. Məruzədə 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlığın vəziyyəti ilə əlaqədar görülmüş işlər, mövcud problemlər və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verilib. Yolların qardan vaxtında təmizlənməsi məqsədi ilə səfərbər ediləcək texnikaların texniki vəziyyətinin yoxlanıldığı, cavabdeh təşkilatlar arasında xüsusi iş qrafiki və növbətçilik cədvəlinin təsdiq olunduğu qeyd edilib.
Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Coşqun Cəbrayılov, şəhər təsərrüfatı, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Ayaz Hüseynov, Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin rəisi Rafail Mehrəliyev çıxış ediblər. Çıxışlarda 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar görülməli işlərlə bağlı qarşıda duran vəzifələrin icrası ilə əlaqədar öz tövsiyə və təkliflərini verilib.