ELM VƏ TƏHSİL


“Bir” Tələbə-Könüllü proqramı 28 ali təhsil müəssisəsini əhatə edib

Bakı, 21 iyun, AZƏRTAC

“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi proqramı 28 ali, 18 orta, 10 peşə təhsili müəssisəsini əhatə edib.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, 30 mindən çox könüllü üzvü olan birlik il ərzində 350-dən çox tədbir təşkil edib və ümumilikdə 60 min 439 könüllü fəaliyyət saatı qeydə alınıb. Tələbə-könüllülərin dəstəyi ilə baş tutmuş tədbirlərdə minimum könüllü sayı 1, maksimum isə 527 nəfər olub.

2021-2022-ci tədris ilində fəaliyyət dairəsini genişləndirən birlik Qarabağ bölgəsində (Şuşa, Ağdam) tədbirlərin təşkilinə və sözügedən regionun yenidən bərpasına dəstək məqsədilə 250-ə yaxın tələbə-könüllünü cəlb edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.