MƏDƏNİYYƏT


Bir qrup mədəniyyət və incəsənət xadiminə fərdi təqaüd və mükafatlar veriləcək

Bakı, 10 may, AZƏRTAC

Prezident İlham Əliyev mayın 10-da mədəniyyət və incəsənət xadimlərinə fərdi təqaüdlərin verilməsi haqqında Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafında xidmətləri olan yeddi nəfər fərdi təqaüd alacaq.

Ölkə başçısının bu gün imzaladığı digər bir Sərəncamla səhnə fəaliyyəti ilə bağlı 150 nəfər incəsənət xadiminə Azərbaycan Respublikası Prezidentinin mükafatları veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.