İDMAN


Birinci MDB Oyunları oktyabrda keçirilə bilər

Bakı, 29 iyul, AZƏRTAC

Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtı Kazanın ev sahibliyi edəcəyi Birinci MDB Oyunlarının təşkilatçıları yarışın oktyabrın əvvəlinə təxirə salınması variantını nəzərdən keçirirlər.

AZƏRTAC TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Tatarıstanın İdman naziri Vladimir Leonov məlumat verib. O deyib ki, Oyunların oktyabrın əvvəlinə təxirə salınması barədə hələlik danışıqlar aparılır.

Qeyd edək ki, Birinci MDB Oyunlarının əvvəlcə avqustun 20-27-də keçirilməsi planlaşdırılsa da, yarışlar koronavirus səbəbindən təxirə salınıb.

Birinci MDB Oyunlarında Rusiya ilə yanaşı, Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan, Ermənistan və Ukrayna komandaları iştirak edəcəklər. Bundan əlavə, təşkilat komitəsi başqa ölkələri də Oyunlara dəvət edə bilər. Kazanın bu yarışlarda 2 mindən çox idmançı və 600 rəsmi şəxsi qəbul edəcəyi ehtimal olunur.

Atletlər Tatarıstan paytaxtında 11 obyektdə idmanın 19 növü üzrə mübarizə aparacaqlar. MDB Oyunlarında cüdo, sambo, voleybol, çimərlik həndbolu, mini-futbol, boks, tayboks, şahmat, rəqs idmanı, qılıncoynatma, karate, daşqaldırma, qol güləşi, mas-restlinq, idman güləşi, qurşaqtutma (koreş), yüngül atletika və basketbol 3x3 kimi idman növləri üzrə yarışlar keçiriləcək.

Oyunların loqotipi Simurq quşu, talismanı isə bəbirdir.

Xatırladaq ki, Birinci MDB Oyunlarının keçirilməsi ideyası MDB Dövlət Başçıları Şurasının 2018-ci ildə Tacikistanda keçirilmiş iclasında təsdiqlənib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.