İQTİSADİYYAT


Birinci rübdə Energetika Nazirliyində 795 vətəndaş müraciətinə baxılıb

Bakı, 11 aprel, AZƏRTAC

Bu ilin ilk rübündə Energetika Nazirliyinə istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik enerjisi və təbii qazla təchizatı, sayğaclaşdırma və digər məsələlərlə bağlı 795 müraciət daxil olub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bunlardan 357 müraciət elektrik sayğaclarının quraşdırılması, borc və cərimələrin hesablanması, enerji təchizatı şəbəkəsinə qoşulmaya görə texniki şərtin verilməsi, elektrik enerjisi verilişinin dayandırılması, elektrik qurğu və avadanlıqlarının istismara yararsız olması və elektrik enerjisi təchizatında yaranan digər çatışmazlıqlarla bağlı olub. Müraciətlərin 216-sını qaz xəttinə qoşulma, qaz təchizatının fasilələrlə verilməsi, qaz sayğaclarında yaranan qüsurlar, izafi borcun yaranması və qaz təchizatında yaranmış digər problemlərlə bağlı ərizə və şikayətlər təşkil edib.

Daxil olan müraciətlərdən 8-i istilik enerjisinin verilişi, 165-i isə müxtəlif məsələləri əhatə edib. 49 müraciət qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.

Bu dövr ərzində müraciətlərin 566-sı nazirlik və Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada araşdırılaraq cavablandırılıb, 45 müraciət isə müvafiq tədbirlər görülməsi üçün aidiyyəti qurumlara göndərilib.

Hesabat dövründə nazirlikdə, həmçinin rəhbər vəzifəli şəxslər tərəfindən vətəndaş qəbulu həyata keçirilib, qaldırılan məsələlərin hərtərəfli araşdırılması və lazımi tədbirlərin görülməsi üçün müvafiq tapşırıqlar verilib.

Energetika Nazirliyi tərəfindən vətəndaş müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə nazirlikdə rəhbər vəzifəli şəxslərin 2019-cu il üzrə vətəndaş qəbulu qrafiki hazırlanıb və nazirliyin saytında yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.