DÜNYA


Birləşmiş Ərəb Əmirlikləri Aya lunoxod göndərəcək

Qahirə, 15 aprel, AZƏRTAC

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Yaponiyanın “iSpace” kosmik şirkəti ilə birgə Aya lunoxod göndərilməsinə hazırlıq görür. Yapon şirkəti Yerin təbii peykinə göndəriləcək rover aparatını əvvəllər nəzərdə tutulan müddətdən iki il tez - 2022-ci ildə ABŞ-dakı kosmodroma transfer edəcək.

AZƏRTAC Dubaydakı Məhəmməd bin Rəşid Kosmik Mərkəzinin mətbuata açıqlamasına istinadla xəbər verir ki, “Rəşid” lunoxodu NASA mütəxəssislərinin nəzarəti altında Əmirliklərdə istehsal ediləcək. Ayda tədqiqat aparacaq rover amerikalı milyarder İlon Maskın “SpaceX” şirkətinin “Falcon9” raketi vasitəsilə Floridadakı kosmodromdan Aya göndəriləcək. Lunoxodun Yerin təbii peykinin səthində yürüşünü də yapon şirkəti izləyəcək.

BƏƏ kosmos sahəsində iri layihələr həyata keçirir. 2019-cu ildə Baykonur kosmodromundan səkkiz günlük kosmik missiyanın uğurla nəticələnməsindən sonra ötən il Marsın orbitinə “Hope” kosmik zondu göndərilib və onun missiyası davam etməkdədir. Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Əl Maktum bildirib ki, BƏƏ Mars missiyası ilə yanaşı, Aya lunoxod göndərəcək birinci ərəb ölkəsi olacaq.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.