DÜNYA


Birləşmiş Ştatların neft ehtiyatları azalıb

Bakı, 15 iyul, AZƏRTAC

ABŞ-ın xam neft ehtiyatları azalır.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 7,9 milyon barel (1,8 faiz) azalaraq 437,6 milyon barel olub. Bazar proqnozları ehtiyatların 4,3 milyon barel azalacağı istiqamətində idi. Əvvəlki həftə neft ehtiyatları 6,9 milyon barel azalmışdı. Ehtiyatlar ard-arda 8 həftədir azalır.

ABŞ-ın strateji neft ehtiyatları dəyişməyərək 621,3 milyon barel olub.

Ölkənin benzin ehtiyatları hesabat həftəsində isə 1 milyon barel artaraq 236,5 milyon barel təşkil edib. Bazar proqnozları da ehtiyatların artacağı istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 6,3 milyon barel azalmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.