DÜNYA


Birləşmiş Ştatların neft hasilatı fevraldan indiyədək ilk dəfə azalıb

Bakı, 6 iyul, AZƏRTAC

ABŞ-ın sutkalıq neft istehsalı fevral ayından indiyədək ilk dəfə azalıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir.

Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-ın xam neft hasilatı əvvəlki həftə ilə müqayisədə orta hesabla 45 min barrel azalaraq gündəlik 10,9 milyon barrel olub. Hesabat dövründə Alyaskada xam neft istehsalı 45 min barrel azalaraq sutkalıq 447 min barreldən 402 min barrelə geriləyib, ölkənin digər bölgələrində isə neft hasilatının həcmi dəyişməyib. Beləliklə, ölkənin neft istehsalı fevralın 10-16-sını əhatə edən dövrdən bu vaxtadək ilk dəfə azalıb.

Lakin bu, ölkə tarixində neft hasilatının ən yüksək göstəricisidir. Ölkədə neft istehsalı sonuncu dəfə 1970-ci ilin noyabrında maksimum – gündəlik orta hesabla 10,04 milyon barrel təşkil edib.

Ötən həftə ABŞ-ın neft idxalı əvvəlki həftəyə görə 699 min barrel artaraq gündəlik 9,05 milyon barrel təşkil edib. Ölkənin xam neft ixracı isə əvvəlki həftə ilə müqayisədə 664 min barrel azalaraq gündəlik 2,34 milyon barrel olub.

Beynəlxalq Enerji Agentliyinin proqnozuna görə, tezliklə ABŞ dünyanın ən böyük xam neft istehsalçı ola bilər.

EIA-nın iyun ayı üzrə proqnozuna görə, ABŞ-ın xam neft istehsalı bu il sutkalıq orta hesabla 10,8 milyon barrel, gələn il isə 11,8 milyon barrel olacaq. Bununla da ABŞ-ın dünyanın ən böyük neft hasilatçısı olan Rusiyanı geridə qoyacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.