İQTİSADİYYAT


Bitki və heyvan mənşəli piylər və yağların ixracı artıb

Bakı, 17 sentyabr, AZƏRTAC

Bu ilin yanvar-avqust aylarında 15,5 min tondan çox bitki və heyvan mənşəli piy və yağ ixrac edilib.

AZƏRTAC Dövlət Gömrük Komitəsinə (DGK) istinadla xəbər verir ki, qeyd edilən dövrdə ixrac edilən piylər və yağların dəyəri 15 milyon ABŞ dolları olub.

Xatırladaq ki, ötən ilin eyni dövründə ölkədən 11,6 milyon dollarlıq 11,4 min ton bitki və heyvan mənşəli piy və yağlar ixrac edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.