SİYASƏT
Bosniya və Herseqovinanın xəbər agentliyində Ermənistanın hərbi təxribatı ilə bağlı məqalə dərc olunub
Sarayevo, 16 iyul, AZƏRTAC
Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçmək cəhdləri ilə bağlı xəbərlər Bosniya və Herseqovina mətbuatında yer almaqda davam edir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyevin Avropa Parlamentinə müraciəti ilə əlaqədar, Bosniya və Herseqovinadakı Diplomatik Nümayəndəlik tərəfindən iyulun 16-da Bosniya və Herseqovinanın Federal Xəbərlər Agentliyində (FENA) “Feyziyev Avropa Parlamentinin Azərbaycan və Ermənistan üzrə məruzəçilərinə müraciət edib” başlıqlı məqalə dərc etdirilib.
Məqalədə bildirilir ki, Cavanşir Feyziyev Avropa Parlamentinin deputatı Marina Kalyuranda, habelə Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi Zelyane Zovko və Ermənistan üzrə Trayan Beseskuya müraciət edib.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo