ELM VƏ TƏHSİL
Botanika İnstitutunda magistr və doktorantların attestasiyaları keçirilib
Bakı, 6 iyul, AZƏRTAC
AMEA Botanika İnstitutunda botanika və mikologiya ixtisasları üzrə təhsil alan II kurs magistrantlar və elmi tədqiqat aparan fəlsəfə doktorluğu hazırlığı üzrə doktorant və dissertantların attestasiyası keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, institutun baş direktoru professor Səyyarə İbadullayevanın sədrliyi ilə keçirilən iclasda attestasiya komissiyası magistrantların imtahan sessiyasının nəticələri, semestr ərzində gördükləri işlər və doktorant-dissertantların fərdi iş planlarının yerinə yetirilməsi, dərc olunan məqalələrin sayı, çöl işlərində iştirakı ilə maraqlanıb. Dissertasiya işlərinin gedişi ilə bağlı məsələlər müzakirə edilib, tövsiyələr verilib.