İDMAN
Bottas 2020-ci il mövsümündən sonra “Mercedes”dən gedəcəyini istisna etməyib
Bakı, 18 dekabr, AZƏRTAC
“Mercedes”in pilotu Vallteri Bottas bu kollektivlə sazişinin müddətinin başa çatacağı 2020-ci ildən sonra komandadan gedəcəyini istisna etməyib, hərçənd etiraf edib ki, müqavilə məsələsini indi həll etmək mümkün olsaydı, o, heç nəyi dəyişməzdi.
AZƏRTAC xəbər verir ki, “GrandPX”ın pilotun bu sözlərini sitat gətirib: “Pilotlar bazarında böyük hərəkət gözlənilir. Lakin mən ürəyimcə olan variantı indi seçə bilsəydim, burada qalardım.
Mən hər gün gördüyümüz işə inanıram və hesab edirəm ki, bir pilot kimi getdikcə təkmilləşirəm. Bununla belə, təkliflərə də açığam”.
2019-cu il mövsümündə Bottas karyerasında ilk dəfə şəxsi hesabda ikinci yeri tutub. O, komanda yoldaşı, altıqat Formula 1 çempionu Luis Hemiltondan 87 xal geri qalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.01.2024 [12:32]
Məhəmməd Ben Sulayem: Formula 1-in CAR-a qayıtması mühüm hadisəyə çevriləcək
- 03.08.2023 [03:26]
Formula 1 Macarıstan Qran-Prisi daha beş il yarış təqvimində qalacaq
- 29.07.2023 [21:03]
Ferstappen Formula 1 Belçika Qran-Prisində sprint yarışının qalibi oldu
- 24.07.2023 [14:41]
“Red Bull” komandası yeni rekorda imza atıb
- 24.07.2023 [12:52]
Maks Ferstappen Macarıstan Qran-Prisinin qalibi olub
- 19.07.2023 [19:45]
Formula 1 komandaları pelotonun genişləndirilməsinə qarşı çıxıblar
- 19.07.2023 [17:57]
Formula 1-in üç komandası xərclərin məhdudlaşdırılması qaydasını pozub
- 19.07.2023 [16:42]
Formula 1-in Macarıstanda təsnifatı yeni formatda keçiriləcək
- 14.07.2023 [16:53]