Formula 1-in üç komandası xərclərin məhdudlaşdırılması qaydasını pozub
Bakı, 19 iyul, AZƏRTAC
Formula 1-in üç komandası 2022-ci ildə büdcənin məhdudlaşdırılması qaydasına əməl etməyib.
AZƏRTAC İtaliyanın “Motosport” nəşrinə istinadla xəbər verir ki, iyulun sonunadək Beynəlxalq Avtomobil Federasiyasının keçən il üçün auditi başa çatacaq. Həmin il ərzində kollektivlər maşınların hazırlanması və modernləşməsinə, mühərriklərin yığılması və alınmasına, habelə mühəndislərin əməkhaqqına 140 milyon dollardan artıq xərcləyə bilməyiblər.
Mənbə bildirib ki, bütün komandaların maliyyə reqlamenti çərçivəsində hərəkət etmələrinə dair əsaslı şübhələr var.
Maliyyə məhdudiyyətinə əməl etməyən komandaların adları açıqlanmır. 2021-ci il auditinin yekunlarına görə, xərclər limitini “Red Bull Racing” və “Aston Martin” komandaları pozub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2025 [20:46]
Bakıda Formula 1 həyəcanı – FOTOREPORTAJ
- 21.09.2025 [16:41]
Maks Ferstappen Formula 1 Azərbaycan Qran-Prisinin qalibi olub
- 21.09.2025 [08:00]
Bu gün Formula 1 Azərbaycan Qran-Prisinin qalibi məlum olacaq
- 20.09.2025 [13:53]
Formula 1: “McLaren”in pilotu üçüncü sərbəst yürüşün qalibi olub
- 19.09.2025 [21:49]
Formula 1 Azərbaycan Qran-Prisinin zərif “iştirakçısı”
- 19.09.2025 [18:09]
Formula 1 Azərbaycan Qran-Prisinin kuboku “Odlar Yurdu”na həsr olunub
- 19.09.2025 [17:06]