“Red Bull” komandası yeni rekorda imza atıb
Bakı, 24 iyul, AZƏRTAC
“Red Bull” komandasının ikiqat dünya çempionu Maks Ferstappen Macarıstan Qran-Prisində qalib olmaqla, yeni rekorda imza atıb.
AZƏRTAC xəbər verir ki, niderlandlı pilotun bu uğuru Avstriya təmsilçisinin ardıcıl 12-ci qələbəsi olub. Bu da komandanın tarixində ən yaxşı nəticədir.
Qeyd edək ki, “Red Bull” komandası ötən dünya çempionatının sonuncu mərhələsi - Əbu-Dabi Qran-Prisindən sonra heç vaxt məğlub olmayıb. Cari mövsüm komanda 11 mərhələnin hamısında qalib gəlib. Belə ki, meksikalı Serxio Peres iki, Ferstappen isə doqquz dəfə yarışın ən yaxşısı olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:43]
Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO
- 29.09.2026 [12:56]