İDMAN


Boyanka Kostova ağırlıqqaldırma üzrə Azərbaycan kubokunun qalibi olub

Bakı, 9 noyabr, Nicat Məmmədov, AZƏRTAC

Noyabrın 9-da Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında Azərbaycan kubokuna start verilib.

Azərbaycan Ağır Atletika Federasiyasından (AAAF) AZƏRTAC-a bildiriblər ki, körpücük üzərinə ilk olaraq qadın atletlər çıxıblar. Onlar arasında qaliblər mütləq çəkidə Sinkleyr cədvəli üzrə müəyyənləşib. Toplam 221 kiloqram (100+121) nəticə və 294,6 xalla Boyanka Kostova bütün rəqiblərini üstələyib. İkinci yeri toplam 152 kiloqram (70+82) nəticə və 233,4 xalla Mərziyyə Məhərrəmova, üçüncü yeri isə toplam 161 kiloqram (72+89) nəticə və 216,8 xalla Günel Vəliyeva tutublar.

Yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının və mərkəzlərinin, uşaq gənclər idman məktəblərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzə yaxın atlet qüvvəsini sınayır. Azərbaycan Kubokunun təşkilində məqsəd atletlərin hazırlıqlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.