DÜNYA


Böyük Britaniya iqtisadiyyatı pandemiyadan sonra əvvəlki vəziyyətinə qayıtmayan yeganə G7 ölkəsidir

London, 30 sentyabr, AZƏRTAC

Böyük Britaniya iqtisadiyyatı pandemiyadan sonra əvvəlki vəziyyətinə qayıtmayan yeganə G7 ölkəsidir.

AZƏRTAC xəbər verir ki, Böyük Britaniya Milli Statistika İdarəsinin məlumatlarına görə, ölkədə iqtisadi artım pandemiyadan əvvəlki səviyyədən aşağı qalıb. Belə ki, Böyük Britaniyanın 2022-ci ildə ümumi daxili məhsul istehsalı 2019-cu ildə əldə etdiyi səviyyədən 0,2 faiz aşağıdır. Bu zaman iqtisadiyyat tənəzzülə girməyib, ancaq artım tempi G7 ölkələrindən geri qalıb.

Həmçinin Milli Statistika İdarəsi iqtisadiyyatın 2022-ci ilin birinci və ikinci rübləri arasında 0,2 faiz artdığını bildirir.

İqtisadçıların fikrincə, növbəti rübdə iqtisadiyyatda daha çox daralmalar ola bilər.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.