DÜNYA


Böyük Britaniyada koronavirusa yoluxmada artım müşahidə olunur

London, 7 oktyabr, AZƏRTAC

Böyük Britaniyada koronavirusa yoluxmada artım müşahidə olunur.

AZƏRTAC xəbər verir ki, ölkədə son 24 saat ərzində 39 min 851 nəfər koronavirusa yoluxub, 143 nəfər isə həyatını itirib.

Həmçinin ölkədə 49 milyon nəfərə peyvəndin birinci, 45 milyon nəfərə isə 2 dozası vurulub.

Krallıqda 12-18 yaş arasında olan uşaqların da peyvəndlənməsi davam edir.

Qeyd edək ki, Böyük Britaniya koronavirusa yoluxma sayına görə Avropada birincidir.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.