MƏDƏNİYYƏT


Böyük Teatrda Dinara Əliyevanın iştirakı ilə “Traviata” operası oynanılacaq

Bakı, 3 mart, AZƏRTAC

Aprelin 22-dən 26-dək Rusiya Dövlət Akademik Böyük Teatrında Cüzeppe Verdinin “Traviata” operası nümayiş etdiriləcək.

AZƏRTAC teatrın saytına istinadla xəbər verir ki, aprelin 22-də və 24-də səhnə əsərində Violetta Valerinin partiyasını Azərbaycanın Xalq artisti Dinara Əliyeva (soprano) ifa edəcək.

D.Əliyeva 2009-cu ildən Rusiyada Böyük Teatrın solistidir. Dünyanın məşhur opera teatrı səhnələrində və konsert zallarında çıxış edir. İfaçının 2010-cu ildə Bakıda məşhur tenor Plasido Dominqo ilə birgə konserti olub. Onun C.Verdinin anadan olmasının 200 illiyi münasibətilə Fransanın Kolmar və Çexiyanın Praqa şəhərlərində “GalaVerdi” adlı solo konsertləri böyük uğurla keçib. 2015, 2017 və 2019-cu illərdə Moskvada Dinara Əliyevanın “Opera Art” beynəlxalq musiqi festivalları keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.