CƏMİYYƏT


Braziliyanın ən zəngin ştatı məhvedici quraqlıqdan əziyyət çəkir

Madrid, 26 iyul, AZƏRTAC

Son 91 ilin ən güclü quraqlığı nəticəsində Braziliyanın ən zəngin ştatı olan San-Paulunun şimal-qərbindəki bəndlər və çaylar quruyub.

AZƏRTAC xəbər verir ki, San-Paulunun şimal-qərb regionunun xeyli hissəsi kritik vəziyyətdədir, fövqəladə iqlim şəraitlə bağlı fəsadlardan əziyyət çəkir.

Antarktidanın mülayim havası San-Pauluya birbaşa təsir edir. İqlim balansının pozulması ölkənin hidrologiyasına dağıdıcı təsir göstərir. Nəticədə şəhərlərdə elektrik enerjisi üçün xərclər artır (çünki su elektrik stansiyalarının çənləri boşalır və istilik enerjisi stansiyalarından istifadəni artırmaq lazım gəlir), Braziliyanın Amazonas ştatının paytaxtı Manausda daşqınlar baş verir. Ölkənin cənub-şərqində və mərkəzi qərb hissəsində son 91 ildə ən güclü quraqlıq məhsul itkisi ilə nəticələnir. İqlim böhranı regionda davamlı quraqlığa şərait yaradan La-Ninya kimi atmosfer hadisələrini gücləndirir.

Təbii fəlakətlərin monitorinqini aparan və onlar barədə xəbərdarlıq edən milli mərkəzin məlumatına görə ekstremal quraqlığın dağıdıcı təsiri San-Paulu ştatından şimal-qərbdə yerləşən regionlarda da özünü göstərir. Həmin ərazilərdə kənd təsərrüfatı fəaliyyətinin 80 faizi böyük risklə üz-üzədir. Ekspertlərin proqnozuna görə, uzunsürən quraqlıqla bağlı ağır vəziyyət hələ bir neçə ay davam edəcək.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.