ELM VƏ TƏHSİL


Britaniya alimləri diş minasını bərpa etməyin yeni üsulunu tapıblar

Bakı, 5 iyun, AZƏRTAC

Böyük Britaniyanın Kraliça Mariya Universitetinin alimləri tərəfindən diş minasını bərpa etməyə qadir xüsusi material hazırlanıb.

AZƏRTAC science.gov.az saytına istinadla xəbər verir ki, yeni material struktur və xassələri baxımından təbii diş minasına bənzəyir. Onun hazırlanmasında kristalların artımına təkan verən zülaldan istifadə olunub.

Yeni maddə ekstremal temperatur, turş içki və qidalara qarşı davamlı olduğundan dişlərin sağlamlığını uzun illər ərzində qoruyub saxlamağa imkan verir.

Alimlərin sözlərinə görə, hazırlanmış maddə vasitəsilə gələcəkdə sərt toxumaların regenerasiyasında, həmçinin dişlərin çürüməsinin qarşısının alınmasında böyük tərəqqiyə nail olmaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.