SİYASƏT


Britaniya parlamentinin 50-dən artıq üzvü məcburi köçkünlərlə bağlı təşəbbüsü dəstəkləyir

Bakı, 9 sentyabr (AZƏRTAC). Böyük Britaniya parlamentinin İcmalar Palatasında hər partiyanı təmsil edən 50-dən artıq parlament üzvü BMT-nin Dünya Qaçqınlar Gününün Dünya Qaçqın və Ölkə Daxilində Köçürülmüş Şəxslər (məcburi köçkün) Günü kimi qeyd olunmasını təklif edən sənədə imza atıb.

AZƏRTAC xəbər verir ki, sənəd Liberal Demokrat Partiyasının sədr müavini və Beynəlxalq İnkişaf Komitəsinin sədri Ser Malkolm Brüs tərəfindən müzakirəyə çıxarılıb. Bu, onun Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun təşkilatçılığı ilə Azərbaycana səfəri zamanı məcburi köçkünlərin düşərgələrinə baş çəkməsindən sonra reallaşıb.

Mühafizəkar Partiyasının üzvü, keçmiş nazir Peter Bottomley, həmçinin Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun katibi Bob Bləkman da Azərbaycandakı məcburi köçkün düşərgəsində olublar. Leyborist Partiyasının üzvləri Alan Meale, Anne Begg, Əmək və Pensiya Komitəsinin sədri və Demokratik Birliyin təmsilçisi Cim Şannon bu təşəbbüsü dəstəkləyənlər sırasındadırlar.

Dəstəyin böyük hissəsi Avropa Azərbaycan Cəmiyyətinin (AAC) təşəbbüsü olan “Many Happy Returns” (“Xoş arzularla”) kampaniyası (www.manyhappyreturnsidp.com) çərçivəsində göstərilib. Bu kampaniya dünyada ən çox məcburi köçkün əhaliyə malik ölkələrdən olan Azərbaycana yönəlib. Britaniya parlamentinin üzvlərinə göndərilən açıqcaların üzərində məcburi köçkün düşərgələrində yaşayan bir neçə kişi, qadın və uşaq şəkillərini əks etdirən təsirli şəkillər onları bu təşəbbüs sənədini imzalamağa sövq edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.