DÜNYA


Britaniyalı turist Fransada yaxtaların toqquşması nəticəsində həyatını itirib

London, 26 may , AZƏRTAC

Fransanın Kann şəhərində yaxtaların toqquşması nəticəsində 29 yaşlı Britaniyalı turist həyatını itirib. Qalan 17 nəfər limana təhlükəsiz şəkildə çatdırılıb.

Kann film festivalının son gecəsində meydana gələn toqquşmanın səbəbi polis tərəfindən araşdırılır.

Fransa Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, həlak olan sərnişinin ailəsi ilə əlaqə saxlanılacaq və onun cəsədi yerli hakimiyyət orqanlarına təhvil veriləcək.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.