DÜNYA


Britaniyanın Con Lenon hava limanında təyyarə uçuş-enmə zolağından çıxıb

London, 11 dekabr , AZƏRTAC

Böyük Britaniyanın Con Lenon hava limanında təyyarə uçuş-enmə zolağından çıxıb.

AZƏRTAC xəbər verir ki, təyyarə “Liverpul” futbol klubunun sahibi Mayk Qordona məxsus olub. Hadisəyə görə hava limanında uçuşlar ləğv edilib və təcili yardım qrupu çağırılıb.

Göyərtəsində 1 sərnişin və 3 heyət üzvünün olduğu təyyarədə xəsarət alan olmayıb.

Hadisə ilə bağlı hava limanından verilən məlumatda uçuşlarda yaranan gecikmələrə görə sərnişinlərdən üzr istənilib və uçuş-enmə zolağının bir müddət bağlı olacağı bildirilib.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.