İQTİSADİYYAT


Bu il Azərbaycanda 9,4 milyard kubmetrdən çox əmtəəlik təbii qaz alınıb

Bakı, 21 may, AZƏRTAC

Yanvar-aprel aylarında ölkədə 12 milyon 455,7 min ton xam neft (qaz kondensatı daxil olmaqla) və 13 milyard 409 milyon kubmetr təbii qaz hasil olunub. Həmin həcmdən 9 milyard 415,2 milyon kubmetr əmtəəlik təbii qaz alınıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 4 ayda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 8,2 milyard manat olmaqla əvvəlki ilin eyni aylarına nisbətən 1,4 faiz artıb.

Ölkədə əmtəəlik neft istehsalı 0,2 faiz azalıb, qaz hasilatı isə 17,1 faiz artıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.