REGİONLAR


Bu il Qaxın qarğıdalı sahələrində orta məhsuldarlıq 78,2 sentner olub

Qax, 20 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Qax rayonunun təsərrüfatlarında qarğıdalı yığımı başa çatıb. Bu il rayonun torpaq mülkiyyətçiləri 1516 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər. Cari mövsümdə rayonda 11 min 858,3 ton dən qarğıdalı istehsal olunub. Hər hektardan orta hesabla 78,2 sentner məhsul götürülüb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Eyvaz Aslanov məlumat verib.

Qurum rəsmisi bildirib ki, ötən il olduğu kimi, cari təsərrüfat ilində də Qax rayonu üzrə ən yüksək məhsuldarlıq “Ulu Aqro” MMC-nin Qax Aqroparkında qeydə alınıb. Belə ki, bu il aqroparkda 200 hektar qarğıdalı sahəsindən 2210 ton məhsul əldə olunub. Hər hektardan orta məhsuldarlıq 105 sentner təşkil edib. Cari mövsümdə rayonun Ləkit kəndinin torpaq mülkiyyətçiləri hər hektar qarğıdalı sahəsindən 85 sentner, Əlibəyli və Güllük kəndlərinin fermerləri isə 75 sentner məhsul götürməyə müvəffəq olublar.

Sektor müdiri bildirib ki, bu il rayonda 215 hektarı yaşıl yem, 586 hektarı dən üçün olmaqla, 801 hektar sahədə təkrar qarğıdalı əkini də aparılıb. Fərdi təsərrüfatlarda yaşıl yem üçün əkilmiş qarğıdalının biçini artıq başa çatıb və torpaq mülkiyyətçiləri sahələrdən 6450 ton yaşıl kütlə əldə ediblər. Dən üçün təkrar qarğıdalı əkilmiş sahələrin 460 hektarında da biçin yekunlaşıb, 1973 ton məhsul istehsal olunub. Hər hektardan 42,9 sentner məhsul götürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.