CƏMİYYƏT
Bu il Xəzər Mediaforumu oktyabr ayında keçiriləcək
Moskva, 29 iyul, AZƏRTAC
Bu il Xəzər Mediaforumu oktyabr ayında keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bunu Həştərxanın qubernatoru Pavel Pautov bildirib.
Qeyd edilib ki, Xəzəryanı dövlətlərin jurnalist və könüllülərini, ekoloji cəmiyyətlərini birləşdirən Xəzər Mediaforumunun bu il oktyabrın sonlarında ənənəvi olaraq Həştərxanda keçirilməsi planlaşdırılır.
Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu və Rusiya Prezident Qrantları Fondu forumun təşkili üçün 6,6 milyon rubl ayırıb.
Qubernatorun sözlərinə görə, iki gün davam edəcək forum çərçivəsində könüllülər məktəbi, ekoloji mövzuda mühazirələr və ustad dərsləri təşkil olunacaq.
Xatırladaq ki, mediaforum 2015-ci ildən keçirilir. Forum çərçivəsində “Kaspi” ekspertlər klubu yaradılıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva