İQTİSADİYYAT


Bu ilin 11 ayında ölkədə elektrik enerjisi istehsalı artıb

Bakı, 21 dekabr, AZƏRTAC

Bu ilin 11 ayı üzrə elektrik enerjisinə dair operativ məlumatlara əsasən, noyabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 milyard 408,9 milyon kVt/saat, ixracı 233,9 milyon kVt/saat, idxalı 10,4 milyon kVt/saat olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə noyabrda respublika üzrə elektrik enerjisinin istehsalı 288,4 milyon kVt/saat, ixrac 146,1 milyon kVt/saat artıb, idxal isə 0,3 milyon kVt/saat azalıb.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, cari ilin yanvar-noyabr aylarında isə respublikada elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyard 843,4 milyon kV/saat artaraq 25 milyard 264,8 milyon kVt/saat olub. Hesabat dövründə ötən ilin 11 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 1 milyard 672 milyon kVt/saat artaraq 23 milyard 764,2 milyon kVt/saat, SES-lərdə 180,4 milyon kVt/saat artaraq 1 milyard 193,5 milyon kVt/saat, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 9 milyon kVt/saat azalaraq 307,1 milyon kVt/saat olub. Külək elektrik stansiyalarında 82,7 milyon kVt/saat, günəş elektrik stansiyalarında 51,9 milyon kVt/saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTYZ) isə 172,5 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.

On bir ayda elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 22 milyard 686,5 milyon kVt/saat (İES-lərdə 21 milyard 632,8 milyon kVt/saat, SES-lərdə 1 milyard 53,7 milyon kVt/saat), Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti üzrə 418 milyon kV/saat (İES-lərdə 243,4 milyon kVt/saat, SES-lərdə 126,5 milyon kVt/saat, GES-də 48,1 milyon kVt/saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 60,3 milyon kVt/saat, müstəqil elektrik stansiyaları üzrə 2 milyard 100 milyon kVt/saat təşkil edib.

Bu il 11 ay ərzində elektrik enerjisinin ixracı 1 milyard 389,5 milyon kVt/saat olmaqla, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 400,5 milyon kVt/saat artıb.

Bu dövrdə elektrik enerjisinin idxalı 141,0 milyon kVt/saat olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 15,3 milyon kVt/saat artıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.