Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Bu kənddə Torpaq çərşənbəsi axşam məzarlıqda qeyd olunur - REPORTAJ VİDEO

Bu kənddə Torpaq çərşənbəsi axşam məzarlıqda qeyd olunur -  REPORTAJ VİDEO

Tovuz, 14 mart, Ruslan Novruzoğlu, AZƏRTAC

İlaxır çərşənbə hər bölgədə özünəməxsus qaydada, öz adət-ənənəsi ilə qeyd edilir. Elə Tovuz rayonunun Əyyublu kəndində də sonuncu - Torpaq çərşənbəsinin adətləri heç də Novruz bayramı şənliklərindən geri qalmır. Həmin günü bütün kənd elliklə qeyd edir. Qədim ənənələrimiz bu gün də yaşadılmaqdadır.

AZƏRTAC xəbər verir ki, Torpaq çərşənbəyə bir neçə gün qalmış evlərdə hazırlıqlara başlanılır, təmizlik işləri görülür, həyət-baca səliqəyə salınır. Təsərrüfatda isə yaz hazırlıq işləri yekunlaşdırılır. Ağacların budanması, kolların diblərinin bellənməsi kimi işlər başa çatdırılır. Bir sözlə, təbiətin oyanışı ilə kənd həyatında da bir canlanma başlanır. Xanımlar isə mətbəx işləri ilə məşğul olurlar. Çərşənbəyə bir-birindən dadlı təamları hazırlanır, milli yeməklərimiz bişirilir. Plov isə süfrənin şahı sayılır. Bu qədər yeməklər və şirniyyatlar təkcə ailə üzvləri üçün nəzərdə tutulmur. Bayram günündə qonaq gələnlər də bu təamlardan dadır.

Ölkəmizdə qeyd olunan çərşənbələrin hamısı, xüsusən də İlaxır çərşənbə qonaqlı-qaralı, çal-çağırlı və maraqlı adət-ənənələri ilə yadda qalır. Əyyublu kəndində Cəfərovlar ailəsi də böyük həyəcanla bir neçə gün öncədən Torpaq çərşənbəsinə hazırlaşıb. Ailə üzvlərinin sayı 5 nəfərdən ibarət olsa da, çərşənbə axşamı onlar daha çox qonaq qəbul edirlər. Ailə başçısı Rövşən Cəfərov deyir ki, bu çərşənbəyə qədər yaza hazırlıq məqsədilə torpaqda görüləcək işləri yekunlaşdırmaq lazımdır.

“Çərşənbələr gələndə bütün el-oba sevinir, təbiət oyanır, insanlarda bayram ab-havası yaranır. Hamı bir birinə qonaq gedir, bayramlaşırlar. Qocalar, ağsaqqal və ağbirçəklər ziyarət olunur, bayramları təbrik edilir”, – deyə Əyyublu sakini Rövşən Cəfərov əlavə edir.

İlaxır çərşənbənin özünəməxsus adət-ənənələri, ayinləri, oyunları var. Bu çərşənbə torpağın, özündən əvvəlki 3 mühüm ünsür - su, od və yelin oyanması isə əkinçilik həyatının başlanmasına işarədir. Axır çərşənbəyə bir neçə gün qalmış evlər təmizlənər. Bu çərşənbədə insanın əməli, niyyəti, nəfsi də təmizlənmiş olar. İlaxır çərşənbədə süfrəni xörəklərlə yanaşı, şirniyyatlar da bəzəyir. Axşamüstü tonqal qalanması isə hər çərşənbədə olduğu kimi, bu çərşənbədə də qalanır. Özü də digər çərşənbələrdə qalanan tonqaldan daha böyük olur. Tonqal ətrafına yığılan insanlar “ağırlığım, uğurluğum bu tonqalda yansın”, - deyib od üzərindən atlanır.

Əyyublu kənd sakinlərinin Novruz çərşənbələrində yaşatdığı fərqli bir ənənə də var. Belə ki, digər çərşənbələrdə olduğu kimi, Torpaq çərşənbəsində də hava qaralanda qəbiristanlıq ziyarət olunur, dünyasını dəyişmiş əzizlərinin məzarı önündə şamlar yandırılır. Beləliklə rəhmətə gedənlərin ruhu da şad olur. Bu barədə danışan Rövşən Cəfərov deyib: “Bizdə belə adət var ki, İlaxır çərşənbədə rəhmətə gedənləri qəbiristanlıqda yad edirik. Orada “lopa” və şam yandırılır. Bizdən öncə ata-babalarımız belə ənənəni yaşadıb bizə ötürüb. Bizim də borcumuz bu adətlərimizi yaşatmaqdır”.

 

İlaxır çərşənbədə qapı pusma kimi adət Əyyubluda da yaşadılır. Sakinlər, əsasən də qızlar bu çərşənbə axşamı niyyət edib qapı pusmağa çıxır, evlərdən eşitdikləri sözlər arasında müəyyən uyğunluqlar tapmağa çalışırlar. Yaşlı nənələrin köməyi ilə eşitdikləri sözlər yozular, bir nəticə hasil olar.

İndi Əyyublu sakinləri ilə bərabər, ölkəmizin digər guşələrində də bayram tonqalları daha gur yanır, çərşənbələr daha yüksək əhval-ruhiyyə ilə qeyd edilir. Artıq üç ildir ki, xalqımız Qarabağına qovuşub. İndi Qarabağda da çərşənbə tonqalları qalanır. Tonqalın əbədi, alovu gur yansın Azərbaycan! İlaxır çərşənbəniz mübarək!

Qeyd edək ki, Novruz bayramı axşamı martın 20-sidir. Bu il üçün yaz fəslinin Azərbaycana gəlişi martın 21-i Bakı vaxtı ilə saat 01:24:24-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşəcək. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 33 dəqiqə 23 saniyə olacaq.

Bu kənddə Torpaq çərşənbəsi axşam məzarlıqda qeyd olunur -  REPORTAJ VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edir YENİLƏNƏCƏK

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur