İQTİSADİYYAT


Büdcə xərclərinin 21,2 faizi əmək haqqı, pensiya və müavinətlərin ödənilməsinə sərf olunub

Bakı, 21 avqust (AZƏRTAC). Bu ilin yanvar-iyun aylarında dövlət büdcəsinin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 faiz azalaraq 9338,9 milyon manat, xərcləri 0,1 faiz azalaraq 8723,9 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, büdcənin profisiti 615 milyon manat və ya ümumi daxili məhsulun 2,1 faizi səviyyəsində olub. Büdcə gəlirlərinin 12,7 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 16,4 faizi əlavə dəyər vergisi, 4,9 faizi fiziki şəxslərin gəlir vergisi, 4,3 faizi aksiz vergisi, 3,9 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 2,6 faizi digər vergilərdən daxilolmalar, 55,2 faizi isə vergi olmayan gəlirlər hesabına formalaşıb.

Büdcə vəsaitlərinin 4087,2 milyon manatı iqtisadiyyatın inkişaf etdirilməsinə, 987,4 milyon manatı əhalinin sosial müdafiəsi və sosial təminatına, 904 milyon manatı isə təhsil və səhiyyənin maliyyələşdirilməsinə yönəldilib. Xərclərin 21,2 faizi əmək haqqı, pensiya və müavinətlərin ödəməsinə sərf edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.