İQTİSADİYYAT


Buğda idxalı artıb

Buğda idxalı artıb

Bakı, 20 may, AZƏRTAC

Yanvar-aprel aylarında 409 min ton buğda idxal edilib.

AZƏRTAC Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, idxal edilən buğdanın dəyəri 124 milyon dollar olub. 2022-ci ilin eyni dövründə məbləği 105,2 milyon dollar olmaqla 308 min ton buğda idxal edilib.

Hesabat dövründə düyü idxalı artıb. Belə ki, yanvar-aprel aylarında dəyəri 23,9 milyon dollar olan 27 min ton düyü idxal edilib. Ötən ilin eyni dövründə 20 min ton düyü idxalı həyata keçirilib. İdxal edilən düyünün dəyəri 16 milyon dollar olub.

Qarğıdalı idxalında da artım baş verib. Bu müddətdə 11,7 milyon dollarlıq 32,7 min ton qarğıdalı idxal olunub. Ötən ilin eyni dövründə isə məbləği 10,6 milyon dollar olan 28,7 min ton qarğıdalı idxal edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.