MƏDƏNİYYƏT


“CƏLİL MƏMMƏDQULUZADƏ” MÜKAFATI ÜÇÜN MÜSABİQƏ KEÇİRİLİR

Yasamal Bələdiyyəsi və Cəlil Məmmədquluzadənin ev muzeyi birgə “Cəlil Məmmədquluzadə” mükafatı üçün müsabiqə keçirir.

Müsabiqədə iştirak etmək istəyən müəlliflər əsərlərini martın 20-dək muzeyə təqdim etməlidirlər. Mükafat ən yaxşı elmi-publisistik əsərə, satirik şerə, felyetona və karikaturaya veriləcəkdir.

Muzeydən AZƏRTAC-a bildirmişlər ki, qaliblərə hər nominasiya üzrə 1 milyon manat pul mükafatı və üzərində C.Məmmədquluzadənin şəkli olan xüsusi vəsiqə təqdim olunacaqdır. Müsabiqəyə mətbuatda dərc olunmayan əsərlər təqdim edilməlidir. Həmin əsərlər müəlliflərinə qaytarılmayacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.