SİYASƏT
CƏNUBİ QAFQAZDA SABİTLİK ABŞ VƏ AVROPA ÖLKƏLƏRİ ÜÇÜN HƏYATİ ƏHƏMİYYƏT DAŞIYIR
“Cənubi Qafqazda sabitlik bizim hamımız üçün həyati əhəmiyyət daşıyır”. Bu bəyanatı ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsi Stiven Minikis vermişdir.
AZƏRTAC-ın Vyanadan aldığı xəbərə görə, Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Heyki Talvityenin bu regionda təhlükəsizliyin və sabitliyin təmin edilməsi ilə bağlı müraciətinə münasibətini bildirən Stiven Minikis Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya münaqişələrinin həlli üçün beynəlxalq ictimaiyyətin səylərinin artırılmasının vacibliyini vurğulamışdır. O, Avropa Birliyinin bu region üzrə xüsusi nümayəndəsinin təyin olunmasını mühüm addım kimi dəyərləndirmiş, ABŞ-ın bundan sonra da ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyəcəyini bildirmişdir.