İQTİSADİYYAT
ÇƏNNƏB KƏNDİNDƏ YENİ MƏKTƏB BİNASI
Ordubad rayonunun dağlıq Çənnəb kəndində 200 yerlik ikimərtəbəli yeni məktəb binası istifadəyə verilmişdir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə demişlər ki, yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə keçirilmiş mərasimdə çıxış edənlər bildirmişlər ki, Ordubadda son 6 ildə 2460 yerlik 7 yeni məktəb binası tikilib istifadəyə verilmiş, 2 məktəb binasında əsaslı təmir işləri aparılmışdır.
Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov kənd camaatını, müəllim və şagirdləri, valideynləri yeni məktəb binasının açılışı münasibətilə təbrik etmiş, birinci sinif şagirdlərinə məktəbli çantaları bağışlamışdır.
Mərasim iştirakçıları məktəbin işıqlı sinif otaqlarına, kitabxanasına, kompüter və hərbi kabinələrə, idman zalına, tibb məntəqəsinə baxmışlar.